Səfikürddə kənd tam orta məktəbinə gedən əsas avtomobil yoluna asafalt çəkilməsi işlərinə start verildi
28 iyul 2025 | 14:29
Goranboy rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, şəhid ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə birgə müraciəti və Səfikürd bələdiyyəsinin təşkilatçılığı əsasında, Goranboy-Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işlərinə start verildi. Bu məqsədlə, texnikalar vasitəsilə yolda hamarlanma işləri aparılır.








