Səfikürd kəndindən, eyni gündə, eyni cəbhədə Şəhidlik zirvəsinə ucalmış, iki qonşu, iki dost- Vətən müharibəsi Şəhidləri Qasımov Kamil Nüsrət oğlu və Rəsulov Sahil Sərvan oğlu.
13 oktyabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, 97 saylı DSK-dan Milli Məclisin deputatı Ağalar Vəliyevin Köməkçisi, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallar Səfikürd kənd Şəhidlər Xiyabanında Vətən müharibəsində eyni gündə, eyni cəbhədə Şəhidlik zirvəsinə ucalmış, iki qonşu, iki dost- Qasımov Kamil Nüsrət oğlu və Rəsulov Sahil Sərvan oğlunun ildönümləri günündə məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxudular, əziz xatirələrini andılar.