Şriftin ölçüsü :

Saytın rəngi :

Səfikürd kəndindən 1-ci Qarabağ müharibəsi Şəhidinin oğlu, Aprel və 44 günlük Vətən müharibəsi döyüşlərinin iştirakçısı Səfərov Daşqın Natiq oğlu vəfat etmişdir.

23 dekabr 2021 | 16:00

Səfikürd kəndindən 1-ci Qarabağ müharibəsi Şəhidinin oğlu, Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə 2014-cü ildən MAHXE kimi xidmət göstərən, 2016-cı ilin Aprel və 2020-ci ilin 44 günlük Vətən müharibəsi döyüşlərinin iştirakçısı, 1993-cü il təvəllüdlü  Səfərov Daşqın Natiq oğlu 22 dekabr 2021-ci il tarixdə,  xidmət etdiyi hərbi hissədə qəflətən ürəktutması ilə yerləşdirildiyi Şəmkir rayon Mərkəzi Xəstəxanasında  vəfat etmişdir. Hərbiçimiz 23 dekabr 2021-ci il tarixdə Səfikürd kənd qəbirstanlığında dəfn edilmişdir.Aprel və 44 günlük Vətən müharibəsi döyüşlərinin iştirakçısı Səfərov Daşqın Natiq oğlunun atası Səfərov Natiq Zahid oğlu 1993-cü ildə Ağdərə istiqamətində aparılan döyüşlər zamanı şəhid olmuşdur.

Allah rəhmət eləsin.

 

Keçidlər