Səfikürd kəndində, “27 sentyabr Anım günü” ilə bağlı, şəhid ailələri ilə görüş keçirildi.
“27 sentyabr Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, İcra Başçısı və Başçının müavinləri tərəfindən yaşayış məntəqələrində görüşlər keçirilir. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun xidmət sahələri rəhbərləri və bir qrup ictimai fəallar ilə birgə, Səfikürd, Tatarlı, Qarqucaq, Hacallı, Şəfibəyli, Zeyvə və Şəfəq kəndlərindən olan şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə Səfikürd kəndində, Vətən Müharibəsi şəhidimiz Nofəl Behbudovun valideynlərinə məxsus fərdi yaşayış evinin həyətində görüş keçirdi. İcra Başçısı şəhid ailələrinin sosial qayğıları ilə maraqlandı, onların təklif və müraciətlərini dinlədi.