Şəfəq kəndində vətəndaş müraciəti əsasında, suvarma kanalına yeni boru xəttinin çəkilməsi təmin edilmişdir.
10 oktyabr 2024 | 09:48
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən Şəfəq kəndində keçirilən vətəndaşların səyyar qəbulu zamanı, kənd sakini Çələbiyev Ağəddin Qoşqar oğlunun müraciəti əsasında, Goranboy rayonu Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanalına yeni boru xəttinin çəkilməsi təmin edilmişdir.