Şəfəq kəndində su arxaları lil və kollardan təmizlənmiş, su təminatında mövcud problem aradan qaldırılmışdır.
19 iyul 2023 | 11:58
Goranboy RİH Başçısının Şəfəq kəndində səyyar qəbulu zamanı vətəndaşlar kəndin su arxalarının lil və kol ilə dolması nəticəsində suvarma suyundan istifadədə ciddi problemlər yarandığını bildirmişdilər. Bununla bağlı, RİH başçısı Məhərrəm Quliyevin aidiyyatı məsul şəxslərlə birgə, əraziyə yerində baxış keçirmiş, problemin operativ həlli məqsədi ilə müvafiq qurumlara tapşırıqlarını bildirmişdi. Bu məqsədlə, arxaların təmizlənməsi işləri aparılmış və mövcud problem aradan qaldırılmışdır .