Şriftin ölçüsü :

Saytın rəngi :

Şadılı kəndində yaralı hərbiçimizin ailəsi ziyarət edildi.

18 sentyabr 2022 | 09:35

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı yaralanmış  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Goranboy rayonu Şadılı kəndində Mehtiyev Sənan Sədrəddin  oğlunun ailəsini ziyarət etdi. İcra Başçısı hazırda səhhəti  ilə bağlı, Bakı şəhər Hərbi Klinik Hospitalında müalicə alan Sənan Mehtiyevlə telefon əlaqəsi saxladı, onun müalicəsi ilə maraqlandı, hərbiçimizə Allahdan şəfa dilədi.

 

Keçidlər