Şriftin ölçüsü :

Saytın rəngi :

Şadılı kəndində sakinləri narahat edən problem aradan qaldırıldı.

14 fevral 2024 | 12:48

Goranboy RİH başçısının Şadılı kəndində keçirilən səyyar qəbulu zamanı kənd sakinləri, sel sularının kəndi birləşdirən körpünün ətrafına kol-kos və məişət tullantıları gətirdiyini, bunun əsasında da çayın buraxma qabiliyyətinin azaldığını və nəticədə yaz aylarında çayda sululuq artan zaman evlərə və təsərrüfatlara təhlukə yaratdığını bildirmişdilər. Bu məqsədlə, körpünün ətrafının təmizlənməsinə köməklik göstərilməsi xahiş edilmişdi. Bununla bağlı, RİH-nin məsul əməkdaşları aidiyyəti məsul şəxslərlə birgə, əraziyə yerində baxış keçirdilər, mövcud problemin aradan qaldırılması məqsədi ilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən əraziyə lazımi texnika cəlb olunaraq müvafiq işlər aparıldı, problem həll olundu.

Keçidlər