Rus Borisi kəndində, ənənəvi olaraq qeyd edilən “məhsul yığımı” bayramının yekunu ilə bağlı tədbir keçirildi.
22 oktyabr 2024 | 11:37
Goranboy rayonunun Rus Borisi kəndində, ənənəvi olaraq qeyd edilən “məhsul yığımı” bayramının yekunu ilə bağlı, tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayon İcra Hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir çərçivəsində, Rus Borisi kəndində əhalinin əsas məşğuliyyəti olan kənd təsərrüfatının inkişafı istiqamətlərinin genişləndirilməsi məqsədi ilə səmimi söhbətlər aparıldı.