Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika qəzetində "Uğurlar ilbəil artır" başlıqlı məqalə dərc edilib.

16 sentyabr 2021 | 16:00

Respublika qəzetində "Uğurlar ilbəil artır" başlıqlı məqalə dərc edilib.

Qədim oğuz yurdu Goranboyda da təhsilə, elmə diqqət və qayğı prioritet məsələlərdəndir. Hər il rayonda ənənəvi olaraq yüksək bal toplayıb ali məktəblərə qəbul olunan məzunlarla görüşlər böyük təmtəraqla keçirilir. Bu il də Goranboy rayon Heydər Əliyev adına parkda, açıq havada ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla və rayonun ümumtəhsil məktəblərinin əlaçı şagirdləri ilə görüş keçirildi. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayonun ümumtəhsil məktəblərinin yüksək bal toplamış məzunları, əlaçı şagirdlər, müəllimlər, valideynlər və ictimai fəallar iştirak edirdilər. İlk öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və millət vəkili Ağalar Vəliyev məzun və müəllimləri təbrik edərək, onlara gələcək yollarında uğurlar arzuladılar. Sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət təhsil siyasəti, bu siyasətin cəmiyyət və təhsilin inkişafına qazandırdığı böyük nailiyyətlər və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında rayonda görülmüş işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, məhz Azərbaycanda Dövlət proqramlarının uğurla icra olunması nəticəsində milli təhsilimiz gündən-günə mütərəqqi, qabaqcıl təcrübəni özündə əks etdirərək, sivil dünyaya inteqrasiya etmiş, bütün sahələrlə təhsilin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Respublikanın bütün bölgələrində olduğu kimi, qədim oğuz yurdu Goranboyda da təhsil ocaqları müasir səviyyədə yenidən qurulmuş, maddi-texniki bazası möhkəmlənmiş, ən önəmlisi isə tədrisin keyfiyyəti əsaslı surətdə yaxşılaşmışdır. Hazırda bu tendensiya uğurla davam etməkdədir. Bu tədris ilində rayon üzrə 79 ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 17 428 olmuşdur ki, bunlardan 837 nəfəri 11-ci sinfi bitirən məzunlardır. Məzunlardan ali məktəblərə sənəd verən 577 nəfərdən 257 nəfəri tələbə adını qazanmışdır. 500-600 arası bal toplayan məzunların sayı 37 nəfər, 600-700 arası bal toplayanların sayı 11 nəfər olmuşdur. Rayon üzrə ən yüksək bal toplayan Tap kənd tam orta məktəbinin şagirdi 644 bal ilə Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olan Aytac Paşayeva olub.
Bu il ən gənc tələbə adını qazanan məzun isə 2006-cı il təvəllüdlü (15 yaşlı), 602 balla Azərbaycan Tibb Universitetinə qəbul olan Həmid Səfərli də məhz Goranboy rayonundandır.
Sonra rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və millət vəkili Ağalar Vəliyev tərəfindən məzun və müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Zabit XƏLİLOV,
“Respublika”.

 

Keçidlər