Rəhimli kəndindən Vətən Müharibəsi şəhidimiz İbrahim Məmmədovun ildönümündə məzarı ziyarət olundu.
02 oktyabr 2024 | 11:41
Goranboy rayon İcra Hakimiyyətinin və rayonun xidmət sahələrinin məsul əməkdaşları, bir qrup Şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə, Rəhimli kəndindən Vətən Müharibəsi şəhidimiz Məmmədov İbrahim Nadir oğlunun məzarını ildönümü ilə bağlı ziyarət etdilər. Şəhidimizin məzarı üzərinə tər güllər qoyuldu, ruhuna dualar oxundu, əziz xatirəsi ehtiramla anıldı.