Qızılhacıllı qəsəbəsində şəhid atasının dəfn mərasimi keçirildi
25 iyul 2026 | 11:38
Qızılhacıllı qəsəbəsində Vətən Müharibəsi şəhidi Nuriyev Nofəl Xaliq oğlunun atası Nuriyev Xaliq Alı oğlunun dəfn mərasimi keçirildi. Mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəhbər şəxslər iştirak etdilər. İcra Başçısı şəhid ailəsinin sosial qayğıları ilə maraqlandı, şəhid atasının vəfatı ilə bağlı ailə üzvlərinə başsağlığı verdi.








