Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılhacılı qəsəbəsində şəhid ailələri ilə görüş keçirildi

04 oktyabr 2024 | 15:25

Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayonunda da əsaslı işlər görülür. Bu məqsədlə, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçılarının ziyarətləri davam etdirilir, aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə müntəzəm görüşlər təşkil olunur. Keçirilən görüşlər zamanı, edilən müraciətlərin yerində obyektiv araşdırılması və rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir. Digər məsələlərin həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Qızılhacılı qəsəbəsində Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirdi, onların sosial qayğıları ilə maraqlandı.

Keçidlər