Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat iclası keçirildi
Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclasında, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2024-cü il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə danışıldı və inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat məruzəsi, sonra hesabat məruzəsi ətrafında qəsəbə sakinlərinin fikirləri, əsas həlli vacib problemlər və təkliflər dinlənildi.