Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabatı dinlənildi.
“2022-ci ildə görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr” ilə bağlı, inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində hesabat yığıncaqlarının keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən əvvəldən müəyyən edilmiş müvafiq Qrafikə uyğun olaraq, Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabatı dinlənildi. Hesabat iclasında rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları, yerli icra nümayəndəsi və bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Hesabatda 2022-ci il ərzində Ölkəmizin və rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə məruzə edilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabatı dinlənildikdən sonra hesabat ətrafında geniş müzakirələr aparılmış, yerli sakinlərin problem və təklifləri dinlənilmiş və ərazidə həlli vacib məsələlərlə bağlı, rayon İcra Hakimiyyəti Başçısı qarşısında təkliflərlə çıxış edilməsi məqsədəmüvafiq hesab edilmişdir.