Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman goranboylular "Zəfər Günü"nü qeyd etdilər.

08 noyabr 2022 | 12:59

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat və xidmət sahələrinin  rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Öncə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu.  Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və  torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 

Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda, 2020-ci il sentyabrın 27-dən başlayan və böyük Zəfərlə yekunlaşan, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük  Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. İcra başçısı, bu şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, Möhtəşəm  Qələbə müjdəsini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandan cənab İlham  Əliyevə və  Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırdı.

Tədbirdə rayon mədəniyyət evinin incəsənət ustalarının və  məktəblilərin ifasında ədəbi-bədii proqram,  idmançılarımızın idman göstəriciləri  və gənc rəssamaların əl işlərindən ibarət rəsm sərgisi  və digər sənət nümunələri nümayiş etdirildi.

Keçidlər