Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman Goranboylular 15 iyun-Milli Qurtuluş Gününü qeyd etdilər.

16 iyun 2023 | 13:02

Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi  tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov,  rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin  qurucusu, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının “15 iyun-Milli Qurtuluş Günü” kimi qeyd olunması münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılandı. Konsert proqramının sonunda nümayiş etdirilən  atəşfəşanlıq  böyük maraqla izlənildi.

 

Keçidlər