Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman Goranboylu İsa Rüstəmov 3 qızıl medalla Avropa Birinciliyinin qalibi oldu!

19 oktyabr 2022 | 11:02

Albaniyanın Dürres şəhərində,  20-23 yaşa qədər  gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində  37 ölkədən 416 atlet iştirak edir.

Azərbaycanı təmsil edən həmyerlimiz-goranboylu idmançı İsa Rüstəmov  67 kq çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 131 kq çəkini qaldıraraq rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal əldə edib. O, təkanla qaldırma hərəkətində 162 kq-ı ram edərək bu hərəkətdə də qızıl medala sahib çıxıb. Toplam 293 kq (131+162) nəticə göstərən İsa Rüstəmov yekun sıralamada da hamıdan güclü olub və qızıl medal qazanıb !

Keçidlər