Şriftin ölçüsü :

Saytın rəngi :

Qazanbulaq qəsəbəsində astar və üzlük gips məmulatları zavodu inşa edilir.

28 oktyabr 2023 | 10:59

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  aidiyyəti məsul şəxslərlə birgə, Qazanbulaq  qəsəbəsində inşa edilən,  “Konstralab İndustries” QSC-nə məxsus astar və  üzlük  gips məmulatları zavodunun  tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı burada tikinti işlərini həyata keçirən  podratçı təşkilatın nümayəndələri ilə görüşdü, zavodun tikintisi, istehsal gücü, yaranacaq yeni iş yerləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı,  müzakirələr apardı, bu məqsədlə müvafiq  tövsiyyələrini bildirdi.

Zavodun inşası, ölkədə  sahibkarlığın inkişafına dövlət dəstəyi əsasında həyata keçirilir. Beləki, layihənin əsas maliyyə investoru İqtisadiyyat Nazirliyi  yanında Sahibkarlığın İnkişafı Fondudur və əlavə olaraq özəl investisiyanın cəlb olunması ilə zavodun inşasına, ümumilikdə 15 milyon manat vəsait nəzərdə tutulmuşdur.  Zavodun tikinti işlərində, hazırda 100 nəfərdən çox işçi qüvvəsi çalışır və fəaliyyətə başladıqdan sonra, burada 150 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Zavodun istehsal məhsulları,  daxili bazarla yanaşı, xarici bazarlara da  ixrac olunacaqdır.

Keçidlər