Şriftin ölçüsü :

Saytın rəngi :

Qazanbulaq qəsəbəsində 150 nəfərin işlə təmin olunacağı astar və üzlük gips məmulatları zavodunun tikinti işləri sürətlə davam etdirilir.

18 may 2024 | 13:22

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Qazanbulaq qəsəbəsində inşa edilən, “Konstralab İndustries” QSC-nə məxsus astar və üzlük gips məmulatları zavodunun tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, zavodun tikintisi, istehsal gücü, yaranacaq yeni iş yerləri və gələcək fəaliyyət istiqamətləri ilə bağlı, müzakirələr apardı, bu məqsədlə müvafiq tövsiyyələrini bildirdi.  Zavodun inşası, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi əsasında həyata keçirilir. Layihənin əsas maliyyə investoru İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur və əlavə olaraq özəl investisiyanın cəlb olunması ilə zavodun inşasına, ümumilikdə 18 milyon manat vəsait nəzərdə tutulmuşdur. Zavodun tikinti işlərində, hazırda 100 nəfərdən çox işçi qüvvəsi çalışır və fəaliyyətə başladıqdan sonra, burada 150 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Zavodun istehsal məhsulları, daxili bazarla yanaşı, xarici bazarlara da ixrac olunacaqdır.

Keçidlər