Qarqucaq və Şəfibəyli kəndlərini birləşdirən körpü yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verildi
15 oktyabr 2025 | 12:01
Goranboy rayonunun Qarqucaq və Şəfibəyli kəndlərini birləşdirən Qaraçay çayının üzərində yararsız vəziyyətdə olan körpü rayon İcra Hakimiyyətiin təşkilatçılığı və Almaniyada yaşayan yerli iş adamı İlham Qasımovun dəstəyi ilə yenidənqurma işləri aparılaraq əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verildi. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri ilə birgə körpünün istifadəyə verilməsi ilə bağlı təşkil olunan tədbirdə iştirak etdi. Sakinlərlə səmimi söhbət edən icra başçısı, yerlərdəki sosial problemlər və həlli vacib məsələlərlə maraqlandı.








