Qaramusalı kəndindən olan yaralı hərbiçimizin ailəsi ziyarət edildi.
18 sentyabr 2022 | 09:31
Goranboy rayon İcra Hakimiyyətinin başçısının müavinləri və Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı yaralanmış və hazırda hərbi hospitalda müalicə alan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Goranboy rayonu Qaramusalı kəndində Musayev Elşad Əjdər oğlunun ailəsini ziyarət etdilər.