Qaradağlı kənd sakininin Kürəkçay çayındakı suyun başqa şəxslərə verilərək Qaradağlı kəndinə ayrılmış suyun kəndə verilmədiyi ilə bağlı sosial şəbəkədəki çıxışının araşdırılması barədə məlumat
Qaradağlı kənd sakininin Kürəkçay çayından Qaradağlı kəndinə ayrılmış suyun başqa kəndlərə verilməsi barədə sosial şəbəkədəki məsuliyyətsiz çıxışı ilə əlaqədar araşdırma aparılmışdır
Rayon ərazisində mövcud su mənbələri üzrə suvarma suyunun torpaq mülkiyyətçilərinə verilməsi, Sudan İstifadəedənlər Birliklərinin “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Suvarma sistemləri idarəsinə təqdim editikləri tələblə tənzimlənir. Suvarma suyunun birliklərə verilməsində və su mənbələrində suyun bölgüsündə Goranboy rayon İcra Hakimiyyətinin iştirakı yoxdur. Mövcud qanunvericiliyə uygun olaraq bu iş “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Suvarma sistemləri idarəsi tərəfindən təmin edilir.
01 sentyabr 2021-ci il tarixdə sosial şəbəkədə (TİK-TOK) Qaradağlı kənd sakini tərəfindən paylaşılmış video çarxda təbii su mənbəyi olan Kürəkçayda suyun əsas hissəsinin “Borsunlu” arxı vasitəsi ilə rayon İcra Hakimiyyəti başçısının yonca sahəsinə yönləndirildiyi səbəbindən Qaradağlı və Şadılı kəndlərindəki əkin sahələrinə suvarma suyunun verilişinin məhdudlaşdırıldığı bildirilir.
Videoçarxdan göründüyü kimi Kürəkçay çayında suyun həcmi havaların quraq keçməsi nəticəsində son dərəcə azalmışdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC Gpranboy rayon Suvarma sistemləri idarəsi tərəfindən verilən məlumata görə bu səbəbdən Qazanbulaq qəsəbə sakinlərinin içməli suya olan tələbatlarının ödənilməsi məqsədi ilə çayda olan suyun əsas hissəsi rayon Suvarma sistemləri idarəsinin rəhbərliyi tərəfinfən “Borsunlu” arxına yönəldilmişdir. Həmin sudan Qaradaglı əhalisi suvarma məqsədi ilə, Qazanbulaq sakinləri isə gündəlik məişət suyu məqsədi ilə istifadə edirlər.
Məlumat üçün bildiririk ki, Qazanbulaq qəsəbəsindəki içməli su şəbəkəsi əsasən Kürəkçay (“Borsunlu” arxı) vasitəsi ilə qidalandırıldığı üçün, çayda suyun səviyyəsindən asılı olaraq rayon Suvarma sistemləri idarəsi tərəfindən “Borsunlu” arxına və Xoylu, Qaradaglı, Şadlı, Nadirkənd, Borsunlu, Qazanbulaq kəndlərinə verilən suyun həcmi mütəmadi olaraq nəzarətdə saxlanılır.
Sosial şəbəkədə diqqəti daha çox cəlb etmək üçün rayon İcra Hakimiyyəti başçısının əkin sahələri barədə səsləndirilimiş fikirlər əsassız, qərəzli və böhtan xarakterlidir. Həmin şantaj xarakterli fikirlərin hansı mənbədən əldə edildiyi, bu məsələyə hüquqi qiymət verilməsi üçün aidiyətı orqanlara müraciət olunacaqdır.