Prezident cənab İlham Əliyevin ölkədə baramaçılığın inkişafı məqsədilə tapşırığına uyğun olaraq, Goranboy rayonunda bu sahəyə diqqət artırılıb.
23 may 2023 | 09:37
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə baramaçılığın inkişafı məqsədilə tapşırığına uyğun olaraq, Goranboy rayonunda da bu sahəyə diqqət artırılmış, baramaçılığın inkişafının təmin edilməsi istiqamətində əsaslı işlər həyata keçirilmişdir. Bu məqsədlə, müvafiq yem bazasının təmin edilməsi diqqətdə saxlanılır. Cari ildə rayonun Tap Qaraqoyunlu kəndi ərazisində 30 min yeni tut tingi əkilməklə, ümumilikdə rayonda son 2 il ərzində 50 mindən çox tut tingi becərilmişdir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Tap Qaraqoyunlu kəndində yeni salınmış tut tingi sahəsinə baxış keçirdi.