Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə kənd təsərrüfatı istehsalının artırılması və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, su təsərrüfatının istismarının yaxşılaşdırılması Dövlətimizin Başçısının daim diqqətindədir.

29 dekabr 2023 | 10:01

Bu gün dünyada su ehtiyatlarının rolu və əhəmiyyəti getdikcə artır. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsində özünü daha qabarıq büruzə verir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu istiqamətdə çox mühüm layihələr icra olunub, böyük uğurlar qazanılıb. Son illərdə ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən Taxtakörpü və Şəmkirçay su anbarları minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaradıb. Bu, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan verib. Bütün bunlar sübut edir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezidentin daim diqqət mərkəzindədir. Məhz Dövlətimizin Başçısının diqqəti və qayğısı sayəsində bu cür mühüm strateji əhəmiyyət kəsb edən layihələr reallığa çevrilib. Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.  Bu kanalın tikintisi ilə Goranboy rayonunun, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilir. Goranboy rayonunda, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının II növbəsinin zonasında, Nadirkənd kəndinin ərazisindən keçən və ümumi uzunluğu 5755 m olan,  Borsunlu kəndinin ərazisindən keçən və  ümumi uzunluğu 6540 m olan təsərrüfatlararası paylayıcı kanallarında betonlanma işləri  aparılmışdır.

Keçidlər