Goranboyda Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Goranboy şəhəri mərkəzində Novruz bayramı ümumrayon tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və sülh-əmin-amanlıq arzuladı. Tədbirdə tanınmış incəsənət ustalarının, Gəncə Dövlət Flarmoniyasının solistlərinin və rayonumuzun mədəniyyət işçilərinin ifasında bədii proqram, folklor nümunələri, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi, bayram tonqalı yandırıldı.