Nizami kəndində su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlı tədbir keçirildi
24 iyul 2025 | 09:45
“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə Nizami kəndində növbəti iclas keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının müavini, Paylayıcı Elektrik Şəbəkəsinin, Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin məsul şəxsləri və su istifadəçiləri iştirak etdilər.








