Nərimanlı kəndində vətəndaşların müraciətləri yerində araşdırıldı və həlli istiqamətlərində müvafiq işlərə başlanıldı.
28 mart 2024 | 10:16
Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nərimanlı kəndində keçirdiyi səyyar qəbulu zamanı, suvarma arxının lil və kos-kosdan təmizlənməsi, subartezian quyusunun bərpası və təbii qaz xətlərində keçid məsafəsinin hündürləşdirilməsi ilə bağlı, sakinlərin müraciətləri, rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, sakinlərin iştirakı ilə birgə yerində araşdırıldı. Artıq mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlərin görülməsinə başlanılmışdır. Aparılan işlər rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.