Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə hesabat iclası keçirildi

13 yanvar 2025 | 13:17

Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclasında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2024-cü il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşının çıxışı və rayon İcra Hakimiyyəti başçısının Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin  hesabat məruzəsi edildi. Sonra hesabat məruzəsi ətrafında kənd sakinlərinin fikirləri, kəndin əsas həlli vacib problemləri və təkliflər dinlənildi.

Keçidlər