Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Goranboy şəhərində 4 mərtəbəli 20 mənzilli yaşayış binasının inşasına başlanıldı.

07 oktyabr 2023 | 12:36

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 4 mərtəbəli 20 mənzilli binanın tikinti işlərinə başlanılması ilə bağlı tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm  Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup rayon ağsaqqalları və binanın gələcək sakinləri iştirak etdilər. Binanın sakinləri bu diqqət və qayğıya görə, Dövlət Başçısı Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və inşası aparılan bu binanın onlara cənab Prezidentimizin ən gözəl hədiyyəsi olduğunu qeyd etdilər.

Keçidlər