Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək yerlərində, Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların cari ilin sentyabr ayında tikintisi işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir.
Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində 4 mərtəbəli 16 mənzilli yaşayış binasının aparılan tikinti işləri ilə yerində tanış oldu. İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun yerinə yetirilməsi, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları və bir qrup şəhər sakinləri ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirdi.
Şəhər sakinləri, Goranboylulara göstərilən bu diqqət və qayğıya görə Dövlət Rəhbəri, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.