Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə bu il Həcc ziyarətinə göndəriləcək Goranboy rayonundan olan şəhid ailələri ilə görüş keçirildi.
Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə bu il Həcc ziyarətinə göndəriləcək Goranboy rayonundan olan şəhid ailələri ilə görüş keçirildi.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Məhərrəm Quliyev, deputat Ağalar Vəliyev, bir qrup ağsaqqal və ziyalılar iştirak etdi.
Prezident cənab İlham Əliyev: “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil.”
Tədbirdə qeyd edildi ki, Dövlət Başçısının vurğuladığı kimi, dini dəyərlərə milli dəyərlərin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Qədim milli və dini ənənələrə sahib olan Azərbaycan xalqı daim onları qoruyub yaşatmışdır. Milli və dini dəyərlər sayəsində Azərbaycan xalqı bu günədək özünəməxsusluğunu, eləcə də, milli dövlətçiliyini hifz edib. Həqiqətən də, xalqın dini mənsubiyyətindən irəli gələn dünyagörüşü, bəzi dini mərasimlər əsrlər boyunca milli şüurda, məişət həyatında, adət-ənənələrimizdə, maddi və mənəvi xalq yaradıcılığında dərin iz salaraq mədəniyyətimizin ayrılmaz parçasına çevrilib.