Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə təbrik ünvanlayıb.
Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə təbrik ünvanlayıb.
"Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün və ənənələrinin, milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramdır. Artıq üçüncü ildir ki, xalqımız bu bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və yenidənqurma işlərindən, eləcə də Böyük Qayıdışımızdan doğan qürur və fəxarət hisslərilə qeyd edir. Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. Novruz bayramı günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid qazilərimizə şəfa dilənir".
Həmçinin, Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Novruz bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 015, o cümlədən Goranboyda 530 şəhid, qazi və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.