Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboyda təbii fəlakətdən zərər çəkmiş ailələrə maddi yardım göstərdi.

05 may 2023 | 12:37

2023-cü il aprelin 30-da əlverişsiz hava şəraiti ölkəmizin şimal-qərb rayonlarında, o cümlədən Goranboyda rayonunda ciddi fəsadlar törədmişdir. Yağan leysan yağışları və dolu çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olmuş və yaranan sel suları nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı və əkin sahələrinə, avtomobillərə, iri və xırdan buynuzlu mal-qaraya, ev quşlarına və fərdi təsərrüfatlara  ziyan dəymişdir. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması və dəymiş ziyanın müəyyən edilməsi istiqamətlərində rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən operativ tədbirlər görülür, monitorinqlər aparılır.

Mili Məclisin deputatı Ağalar Vəliyev baş vermiş hadisəyə dərhal reaksiya göstərmişdir. Belə ki, millət vəkilinin təşəbbüsü ilə deputat ofisinin nümayəndələri Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə rayonun təbii fəlakətdən ən çox ziyan çəkmiş kəndlərində, o cümlədən  Aşağı Ağcakənd qəsəbəsinə və Gürzallar kəndində olmuş, ziyan dəymiş evlərə və fərdi təsərrüfatlara baxış keçirmişlər.Təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş 22 ailəyə maddi yardım göstərilmişdir.

Keçidlər