Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Goranboyda vətəndaşları qəbul edəcək.

04 sentyabr 2024 | 16:39

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 6-da saat 09:00-da Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Naftalan və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-379 29 29) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Keçidlər