Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul etdi.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul etdi. Qəbuldan öncə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Daha sonra Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.Goranboy DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.