Kəhrizli kəndində sakinlərin suvarma suyunun verilməsində yaranan problemlər ilə bağlı etdiyi müraciətlər yerində araşdırıldı
09 oktyabr 2024 | 15:10
Goranboy rayon İcra Hakimiyyəti başçısının Kəhrizli kəndində keçirilən səyyar qəbulu zamanı, sakinlərin suvarma suyunun verilməsində yaranan problemlər və Şəmkir Maşın kanalının kənd ərazisindən keçən hissəsinin lildən təmizlənməsi ilə bağlı etdiyi müraciətlər rayon İcra Hakimiyyətinin və rayon Su Meliorasiya Sistemləri İdarəsinin əməkdaşları tərəfindən, sakinlərin birgə iştirakı ilə yerində araşdırıldı. Yaxın vaxtlarda, rayon Su Meliorasiya Sistemləri İdarəsinin texnika və işçi qüvvələri cəlb edilməklə, qeyd olunan problemlərin aradan qaldırılması istqamətində işlərə başlanılması nəzərdə tutulub.