Şriftin ölçüsü :

Saytın rəngi :

İrəvanlı kəndində qəbirstanlığın bərpası və abadlaşdırılması ilə bağlı, yerində müzakirələr aparıldı

25 mart 2025 | 10:06

Goranboy rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kəndində keçirdiyi səyyar qəbulu zamanı, kənd sakini Həsənov Qabil Nəbi oğlunun, kənd qəbirstanlığının bərpası və abadlıq işlərinin aparılması ilə bağlı etdiyi müraciət əsasında, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir qrup ictimai fəallar və aidiyyəti məsul şəxslərlə birgə, İrəvanlı kəndində oldu. İcra Başçısı, kənd qəbirstanlığının bərpası məqsədilə kənd ağsaqqalları və ziyalılarla birgə müzakirələr apardı, ərazidə abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələrini bildirdi.

Keçidlər