İcra Başçısının səyyar qəbulunda olunan müraciətlər yerində araşdırılaraq həll olundu
11 avqust 2026 | 11:45
Goranboy rayon İcra Hakimiyyəti başçısının Şəfəq kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər rayon İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Qəbulda kənd sakini Mustafayev Valeh Cəmaləddin oğlunun kənd sakinlərinin təhlükəsizliyi məqsədi ilə kəndin ərazisində qəzalı vəziyyətdə olan elektrik dayaqlarınım bərpa edilməsi və kənd sakini Şahverdiyeva Nailə Çingiz qızının ona məxsus fərdi yaşayış evinə gedən su xəttinin təmizlənməsi ilə bağlı müraciəti həll olundu. Digər müraciətlər təhlil olunaraq tezliklə həll olunması üçün işlərə başlanılması planlaşdırıldı.








