İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdı
22 may 2026 | 12:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Xınalı kəndində keçirilən səyyar qəbulunda kənd sakini Qədimov Elbrus Zahid oğlunun müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə rayon Elektirik şəbəkəsi tərəfindən vətəndaşın fərdi yaşayış evinə gedən elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi işlərinə başlanılmışdır.








