Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdı

19 iyun 2026 | 12:22
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qurbanzadə kəndində keçirilən səyyar qəbulunda kənd sakini Məmmədova Almaz Zərqəm qızı müraciət edərək 06/917 reper nömrəli subartezian quyusuna nasos verilməsini xahiş etmişdir.
Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən subartezian quyusu yeni nasosla təmin edilmişdir.
Sakinlər müraciətlərinə həssaslıqla yanaşılaraq qısa müddətdə həll olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Keçidlər