Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdı

03 iyun 2026 | 14:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində keçirilən səyyar qəbulunda kənd sakini İbrahimov Nürəddin Şubay oğlu müraciət edərək 80 ha pay torpaq sahəsinin suvarılması üçün Şəmkir Maşın kanalından ayrılan su arxının lil və kol-kosdan təmizlənməsini xahiş etmişdir.
Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən su arxı lil və kol-kosdan təmizlənmişdir.
Keçidlər