İcra başçısının səyyar qəbulu zamanı edilən müraciət həllini tapdı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Goranboy Rayon İcra Hakimyyətinin başçısı tərəfindən rayon İcra Hakimiyyətində və rayonun bütün yaşayış məntəqlərində səyyar qəbullar keçirilir. Qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir, araşdırılır və həlli istiqamətində qanuna müvafiq əməli tədbirlər görülür. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qızılhacılı qəsəbəsində keçirilən səyyar qəbulunda kənd sakinləri Şəhid Fariz Qurbanov küçəsinə daş çınqıl verilməsini xahiş ediblər. Müraciət əsasında Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyəsi ilə Qızılhacılı bələdiyyəsi tərəfindən küçəyə çınqıl daşı verilərək hamarlanmışdır.








