İcra başçısının qəbulunda səsləndirilən müraciətlər üzrə müvafiq tədbirlər görülür
28 iyul 2026 | 14:51
Goranboy Rayon İcra Hakimiyyətində keçirilən növbəti vətəndaş qəbulu zamanı bir qrup Xan Qərvənd kənd sakini, kənd ərazisində istifadədə olan 100 kV-luq elektrik transformatorunun gücünün mövcud tələbatı tam ödəməməsi, nəticədə elektrik enerjisinin gərginliyinin aşağı olması və bunun əhalinin gündəlik məişət şəraitinə mənfi təsir göstərməsi ilə bağlı müraciətə operativ baxılması məqsədilə Rayon İcra Hakimiyyətinin və rayon Elektrik Şəbəkəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırıldı. Araşdırma zamanı müraciətlə bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara ətraflı izah edilərək, yaxın günlərdə sözügedən elektrik transformatorunun yenisi ilə əvəz olunmasının nəzərdə tutulduğu bildirildi.








