İcra Başçısı Zeyvə kəndində elektrik təsərrüfatının mövcud vəziyyəti ilə yerində maraqlandı
30 iyun 2023 | 11:16
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, Zeyvə kəndində elektrik təsərrüfatının mövcud vəziyyəti ilə yerində tanış oldu.
Bildiririk ki, ümumilikdə, 1960-cı illərdə qurulmuş rayonun elektrik təsərrüfatı müasir tələblərə cavab vermir, hətta zəif külək nəticəsində də elektrik təhcizatı ilə təminatda günlərlə fasilələr yaranır. 85 yaşayış məntəqəsindən yalnız 23-ündə elektrik təsərrüfatı qismən yenidən qurulmuş, qalan yaşayış məntəqələrində əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır.