İcra Başçısı Xoylu kəndində şəhid övladını 1-ci sinfə getməsi münasibəti ilə ziyarət etdi
05 sentyabr 2025 | 09:59
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Xoylu kəndindən Vətən Müharibəsi şəhidimiz Elgün Xıdırovun övladının 1-ci sinfə getməsi münasibəti ilə evində təbrik etdi. İcra Başçısı şəhid ailəsinin sosial qayğıları ilə maraqlandı, şəhid övladına təhsil yolunda uğurlar arzuladı və ona məktəbli ləvazimatları hədiyyə etdi.








