İcra Başçısı və Deputat Şəhid atasını evində ziyarət etdilər.
25 oktyabr 2022 | 10:21
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Qarasuçu kəndindən Vətən Müharibəsi şəhidimiz Lətif Məmmədovun atası Faiq Məmmədovu, səhhəti ilə bağlı evində ziyarət etdilər, şəhid ailəsinin sosial qayğıları ilə maraqlandılar. Bildiririk ki, şəhid atası bir müddət əvvəl səhhəti ilə bağlı Gəncə şəhəri Beynəlxalq Xəstəxanasında müalicə alıb və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən Xəstəxanada da ziyarət olunub.