İcra Başçısı və Deputat Qızılhacılıdan Vətən müharibəsi Şəhidi Kərimov Elşən Rövşən oğlunun ildönümündə məzarını və ailəsini ziyarət etdi.
16 oktyabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 97 saylı Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallar Balakürd kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi Şəhidi Kərimov Elşən Rövşən oğlunun ildönümü ilə bağlı, məzarını və ailəsini ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar.