İcra başçısı şəhidin yas mərasimində iştirak etdi.
2022-ci ilin mart ayında Laçın rayonunda itkin düşərək həlak olan hərbçi, Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş Firdovsi Abdullayevin meyitinin qalıqları 08 avqust 2024-cü il tarixdə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində Goranboy rayonu və Gəncə şəhəri İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri, hərbiçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Firdovsi Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onun meyitinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, şəhid hərbiçimizin Gəncə şəhərində təşkil olunmuş yas mərasimində iştirak etdi, valideynlərinə başsağlığı verdi.