İcra Başçısı şəhid atasını Novruz və Ramazan bayramları münasibəti ilə evində ziyarət etdi
21 mart 2025 | 10:42
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev öncə, Goranlı kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət edərək bütün şəhidlərimizin əziz xatirələrini ehtiramla andı. Sonra, Vətən Müharibəsi şəhidimiz İxtiyar İlqaroğlunun atası İlqar Əliyevi, Novruz və Ramazan bayramları münasibəti ilə evində ziyarət etdi. İcra Başçısı şəhid atasının səhhəti və sosial qayğıları ilə maraqlandı, şəhid ailəsini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək şəhid atasına şəfa, ailəsinə bol ruzu arzuladı.